Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-05 14:35:00
Bu müəllimlər üçün qısaldılmış iş saatı tətbiq edilə bilər- Təhsil hüququ

AzEdu.az mütəmadi olaraq müəlim və direktorları maraqlandıram sualların cavabını yayımlayır.

Müəllimlər davamlı olaraq dərsdənkənar məşğələlər iclas və digər məsələlərlə bağlı dərs saatından sonra da məktəbdə qaldıqlarını, bunu  nə dərəcədə qanuni olduğunu soruşurlar.

`AzEdu.az məlumat verir ki, bu kimi məsələlər Əmək Məcəlləsinin 93-cü maddəsi  ilə tənzimlənir. Məcəlləyə əsasən, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq qısaldılmış iş vaxtı tətbiq edilə bilər.

Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir.

Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 

Belə peşə sahiblərinə isə həkimlər, müəllimlər və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlər daxildir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları