Azedu.az

Lütfi Zadənin xatirəsinə həsr olunmuş 4 turnir keçiriləcək

Orta təhsil

Maraqlı

4 Fevral 2020, 14:50
Lütfi Zadənin xatirəsinə həsr olunmuş 4 turnir keçiriləcək

"Nizami E-Sport Arena" və “Gaming League Azerbaijan” (GLA) fevral ayı ərzində Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri, dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunmuş 4 turnir təşkil edəcək. 

AzEdu.az xəbər verir ki, Azərbaycan Kiberidman Federasiyasından verilən məlumata görə, turnirlər 8, 15, 22 və 29 fevralda müvafiq olaraq "PubG", "Fortnite", DOTA2 və "League of Legends" oyunları üzrə keçiriləcək. Əsas məqsəd ölkənin ən güclü kiberidmançılarını seçərək onlarla iş birliyinə başlamaq, gələcəkdə beynəlxalq yarışlarda iştiraklarına şərait yaratmaqdır. 

Martın əvvəlində isə GLA-nın seçdiyi kiberidmançılar mediaya təqdim ediləcək. (report.az)

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox