https://www.zirve.edu.az/
31.01.2020 12:04
Bakı Təhsil İdarəsinin müdiri: “Məktəblərdə psixoloji xidmətin vəziyyəti bizi qane etmir”

“Bu gün məktəblərdə psixoloji xidmətin vəziyyəti bizi qane etmir”.

AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BKTİ) müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, xüsusi hallar zamanı pedaqoji heyətlə yanaşı psixoloqların da üzərinə məsuliyyət düşür:

"Bu baxımdan Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi onların bilik və bacarıqlarının artırılması istiqamətində təlim və seminarlar təşkil edir. Eyni zamanda Bakı şəhərində aparılan işə qəbul zamanı bizim elektron qaydada keçirdiyimiz müsabiqələrdə psixoloqların keçid balı digər vəzifələr üzrə olan keçid ballarından yüksəkdir. Yəni işə qəbul olunan psixoloqlar nəzəri-praktiki baxımdan peşəkardırlar. Amma ümumi vəziyyət bizi qane etmir və bu istiqamətdə işlər davam edir”, - deyə o qeyd edib.