Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-31 11:28:00
Qəbul imtahanları üzrə növbəti sınaq imtahanı keçiriləcək?-RƏSMİ

Ali təhsil müəssilərinə qəbul imtahanından öncə abituriyentlərin yeni modellə tanışlığı və biliklərini yoxlamaları üçün sınaq imtahanları keçirlir.

AzEdu.az xəbər verir ki, ali təhsil müəssisələrininin bakalavriat səviyyəsi üzrə kağız daşıyıcıları vasitəsilə sınaq imtahanı 16 fevral tarixində keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə bu ildə kağızdaşıyıcıları ilə növbəti sınaq imtahanı keçirilməyəcək. Lakin online sınaq imtahanlarının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sınaq imtahanına qeydiyyat online şəkildə aparılır. Qeydiyyatdan keçərkən abituriyent   hər hansı səhv məlumat daxil edərsə, DİM-in mərkəzlərinə müraciət edərək məlumatlarında düzəliş edə bilər.