![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_fdfdff_703.jpg)
Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti "Azərişıq" ASC-nin Tədris Mərkəzində təşkil olunan dəyirmi masada iştirak ediblər.
Görüşdə AzTU-nun “Energetika, elektrotexnika və avtomatika” fakültəsinin ustad proqramlarına cəlb olunan tələbələrinin və işlə təmin olunan gənc məzunlarının fəaliyyəti müzakirə olunub. Həmçinin iki qurum arasında teleprezent ( online) sistemi ilə dərslərin yeni mövzular üzrə təşkili, səriştə əsaslı dual təlim və beynəlxalq təcrübə proqramları barədə də fikir mübadiləsi aparılıb.
"Azərişıq" ASC-nin Tədris Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib ki, 2018-2019-cu illərdə qurumun mərkəzləşdirilmiş işə qəbul proqramı üzrə işə götürülən 14 nəfərdən 9-u AzTU-nun məzunudur. Ümumilikdə, Səhmdar Cəmiyyətin baş ofisində və bölgələrdəki idarələrində çalışanların 70%-ni AzTU məzunları təşkil edir.
"Azərişıq" ASC-nin Tədris Mərkəzində universitetin II, III, və IV kurs tələbələrinə səriştə əsaslı dual təlimlər təşkil edilir. Həmin təlimlər AzTU-nun professor-müəllim heyəti tərəfindən aparılır. Təcrübə proqramlarını uğurla bitirən tələbələr müəssisənin işə qəbul proqramında iştirak etmək imkanı qazanır.
2020-ci ilin martında “Energetika, elektrotexnika və avtomatika” fakültəsinin IV kurs tələbələri və magistrantlarından beynəlxalq təcrübə proqramının iştirak şərtlərinə uyğun seçilən 5 nəfər Rusiyanın Moskva Energetika İnstitutunda Rele mühafizəsi və avtomatik idarə sistemləri ( Системы релейной защиты и автоматического управления), Elektrik şəbəkə və sistemlərinin təşkili (Организация электрических сетей и системы ) üzrə (6 ay- 1 il müddətində) təlim keçəcək. Təlimi uğurla bitirənlər gələcəkdə "Azərişıq" ASC ilə 3 illik Niyyət protokolu imzalayaraq müddətsiz işə qəbul olunacaqlar.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)