![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_virus_996.jpg)
Birinci semestr bitdikdən sonra qış tətili üçün yanvar ayının 15-i Bakıya gəlmişik. Bura gələndə Çində hər şey qaydasında idi. Virus barədə xəbərləri görürdük, amma vəziyyət bu dərəcədə ciddi deyildi. Hələ karantin elan olunmamışdı, hər kəs maskasız gəzirdi. Buna görə də rahat şəkildə Bakıya gəldik.
Azedu.az xəbər verir ki, bu sözləri Hefey şəhərində yerləşən universitetdə ( University of Science and Technology of China ) magistr üzrə təhsil alan tələbə Ülkər Eldarqızı Milli.Az-ın müxbiri ilə Çində yayılan yeni növ koronavirusun onun təhsilinə təsiri barəsində danışarkən söyləyib.
"USTC-nın 2-ci kurs tələbəsiyəm. Yaşadığım yer virusun yayıldığı Vuhan şəhərindən xeyli uzaqdır. Mən bura gələndən bir-iki gün sonra Çində vəziyyət xeyli dəyişdi. Həm burada xəbərlərdə gördüm, həm də oradakı tanışlardan virusun ciddi problemlər yaratdığını eşitdim.
Biz fevral ayının 15-i universitetə qayıtmalıydıq. Amma universitetdən mesaj yazıb yaz semestrinin başlama vaxtının bir müddətlik təxirə salındığını bildiriblər. Yeni dərs rübünün başlama tarixi epidemiyanın gedişatından asılı olaraq təyin olunacaq. Bu vaxta qədər universitetə gəlməməyimiz tövsiyə edilib.
Mənim bir neçə qrup yoldaşım var ki, onlar tətil üçün öz ölkələrinə qayıtmayıblar. Hazırda onlar yataqxanada qalırlar. Onlara evdən çıxmamaq məsləhət görülür, çünki aeroport, metrostansiyalar, alış-veriş mərkəzləri və başqa yerlərdə virusa yoluxma riski yüksəkdir.
Mən özüm Çinə qayıtmaq istəyirəm. Qorxmuram. Qısa zamanda problemin həll olunacağına və hər şeyin qaydasına düşəcəyinə ümidliyəm. (Publika.az)
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)