https://modern.az/ #
2020-01-27 14:58:00
Səmada nadir “alovlu top” göründü 

İngiltərənin Kornuoll qraflığının səmasında nadir “alovlu top” görünüb. Bir neçə saniyə ərzində görünən meteorit fotoqraf Kris Smoll tərəfindən çəkib.

AzEdu.az-ın məlumatına görə, bu barədə “Daily Mail” xəbər yayıb.

Kadrı təsadüfən çəkdiyini deyən fotoqraf bunun milyardda bir şans olduğunu bildirib:

“Hər kəs uçan ulduz görə bilər, ancaq belə “alovlu top”u heç vaxt görməmişəm”.