![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_jurnalist_94.jpg)
Belarusda ilk dəfə insan müdaxiləsi olmadan həmsöhbətlərə mənalı suallar verə və cavablar əsasında nəşrlər üçün mətn hazırlaya biləcək süni intellekt sınaqdan keçirilir. Neyron şəbəkəsinin fikir liderləri ilə “danışması”, hətta yerli nəşrlərdən birində jurnalist kimi fəaliyyət göstərməsi planlaşdırılır.
HostFly.by hostinq-provayderinin rəhbəri Aleksandr Xmıl neyron şəbəkəsinin hazırlanma prosesinin Rusiya-Belarus proqram şirkəti tərəfindən həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, HostFly.by qeyri-adi layihəyə internetdə neyroşəbəkə yerləşdirilməsi üçün lazımlı resurslarla təmin edərək texniki dəstək verəcək.
AzEdu.az xəbər verir ki, robot-jurnalist həmsöhbətini qiymətləndirə və konkret bir şəxs haqqında məlumatlara əsaslanan suallar yarada bilər. Robot, həmçinin həmsöhbətin psixoloji qiymətləndirməsini aparacaq və onda emosional reaksiyalar doğura bilən sualları seçə biləcək.
Xatırladaq ki, ötən il HostFly.by məhsulun təsviri ilə yanaşı, qoxusunun da duyulduğu onlayn mağazanın layihəsini hazırlayıb. Belə ki, təqdim olunan layihənin həyata keçirilməsi nəticəsində onlayn mağazaların sahibləri qoxunu çatdırmaq üçün müştərilərə qoxular dəsti olan xüsusi lövhələri pulsuz göndərə biləcəklər. Müəyyən əmtəə malına baxarkən lövhə xüsusi proqram tətbiqi ilə smartfona və ya kompüterə qoşulacaq və alıcı virtual sayğacda gördüyü məhsulun qoxusunu hiss edə biləcək. Hostinq-provayder bu siyahını daha da genişləndirmək və öz meydançasına yeni perspektivli layihələri cəlb etmək niyyətindədir.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)