![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_elmler_412.jpg)
AMEA Rəyasət Heyətində akademiya əməkdaşlarının Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla görüşü keçirilib.
AzEdu.az xəbər verir ki, tədbiri açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev görüşün Azərbaycan Respublikasının daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanının rəhbəri Vüqar Gülməmmədovun akademiya əməkdaşlarını maraqlandıran sualları cavablandırmaq və onlara tövsiyələrini vermək məqsədilə təşkil edildiyini diqqətə çatdırıb.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışıb, prioritet istiqamətlərdən ətraflı söz açıb. Qeyd edib ki, AMEA-nın 2019-cu il dekabrın 28-də keçirilmiş ümumi yığıncağında qəbul edilmiş “AMEA-nın 2020-2025-ci illər üzrə inkişaf proqramı” strateji istiqamətləri ilə böyük əhəmiyyət kəsb edir. AMEA-da qarşıya qoyulan məqsədlərə çatmaq üçün elmin inkişafına dair proqramın prioritet istiqamətlər kimi qəbul edilməsi ölkəmizdə elmin yüksək templə inkişafı ilə yanaşı, akademiyaya müxtəlif qurumlarla səmərəli iş birliyinə imkan verən sistemin qurulmasına şərait yaradacaq.
Həmçinin dövlət əmlakının idarə edilməsi, büdcə vəsaitlərinin dövlət qurumları tərəfindən istifadə qaydaları və s. barədə ətraflı bəhs edən Hesablama Palatasının rəhbəri bir sıra vacib məsələlər barədə tövsiyələrini bildirib.
Sonra V.Gülməmmədov AMEA əməkdaşlarının suallarını cavablandırıb. Sual-cavab müzakirələrində AMEA Rəyasət Heyətinin üzvləri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri, elmi işçilər iştirak ediblər.
Sonda akademik Ramiz Mehdiyev rəsmi dövlət qurumlarının rəhbərləri ilə AMEA əməkdaşlarının belə formatda görüşlərinin davam etdiriləcəyini diqqətə çatdırıb.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)