
2020-01-24 10:56:00
Professor Rafiq Əliyevlə bağlı kitabların təqdimatı keçiriləcək
Dünyaca tanınmış alim, professor Rafiq Əliyevə həsr olunan "Su kimi sakit və güclü" kitabının təqdimat mərasimi keçiriləcək.
Kitab dünya səviyyəli alimin son illər yazdığı məqalələr, mətbuata verdiyi müsahibələr və ona ithaf olunan yazılardan ibarətdir. Kitabın tərtibçisi və redaktoru tanınmış şair-publisist Rəfail Tağızadədir.

Rafiq Əliyevin təqdimat mərasimində adıçəkilən kitabla yanaşı, başqa bir dəyərli elmi əsəri də ictimaiyyətə təqdim olunacaq. Kitab Rafiq Əliyevin elmi sələfi, dahi Lütfi Zadə ilə birlikdə yazdığı “Fuzzy Logic Theory and Applications” (Qeyri-səlis məntiq – nəzəriyyə və tətbiqetmələr) monoqrafiyasıdır.

Qeyd edək ki, XXI əsr dünya elminin ən nəhəng simalarından biri, əsasını qoyduğu qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmin istiqamətini dəyişən dahi Lütfi Zadənin elmi varisi professor Rafiq Əliyevlə birlikdə yazdığı kitab ötən il işıq üzü görüb və çap olunduğu ilk günlərdə də dünya elmi cameəsi tərəfindən böyük maraqla qarşılanıb.
Dünyanın məşhur və ən nüfuzlu elmi nəşriyyatı olan “World Scientific”də çapdan çıxan kitab Lütfi Zadənin nə qədər maraqlı da olsa sayca, cəmi ikinci kitabıdır.
Təqdimat mərasimi 10 fevral saat 18:00-da Xəzər Universitetinin Mərmər zalında keçiriləcək. (Ünvan: Neftçilər metro-stansiyasının yanı, Məhsəti küçəsi 41)
Bu bölməyə aid digər xəbərlər
Sertifikasiya imtahanı verəcək müəllimlərə dəstək: bu resursa mütləq baxın!
2023-06-08 15:39:40
Bu gün sertifikasiyaya hazırlaşan müəllimlərə sınaq imtahanı KEÇİRİLƏCƏK
2023-05-25 09:10:50
Müəllimlər üçün 5 MƏSLƏHƏT
2023-05-10 09:21:00
Bu il 2803 ibtidai sinif müəllimi təkrar sertifikasiyadan KEÇMƏLİDİR
2023-05-05 12:38:56
Nəhayət maaşından razı olan müəllim TAPILDI
2023-04-27 08:57:00
Bu müəllimlərin yerdəyişməsi üçün vakansiya seçimi sabah başa çatacaq
2023-04-24 09:10:22
İş yerini dəyişmək istəyən müəllimlərin sayı AÇIQLANDI
2023-04-17 12:09:27
Akademik Zərifə Əliyevanın anım günüdür
2023-04-15 08:01:00
Müəllimlər üçün yay tətilini səmərəli keçirməyin YOLLARI
2023-04-07 12:56:00
Fazil Mustafanın son durumu AÇIQLANDI
2023-04-01 14:28:00
kitabı
ÇOX OXUNANLAR
31 May 2023, 14:51
Ad, ata adı və soyadla bağlı qayda dəyişdi

2 İyun 2023, 14:50
Builki MİQ imtahanlarında keçid balı necə olacaq? - Rəsmi CAVAB

1 İyun 2023, 22:10
İranda itkin düşən azərbaycanlı tələbə TAPILDI

1 İyun 2023, 10:20
Qəbul imtahanlarının 2-ci cəhdinə qeydiyyat tarixi DƏYİŞDİ

7 İyun 2023, 11:52
II və III qruplarda niyə 400 bal toplayan olmadı? - Səbəblər AÇIQLANDI

5 İyun 2023, 09:37
MİQ imtahanları yalnız Bakıda keçiriləcək?

6 İyun 2023, 18:25
III qrupda yüksək bal toplayan Mələkxanım: “Gələcəkdə səfir olmaq istəyirəm”

6 İyun 2023, 18:19
II qrupda ən yüksək bal toplayan abituriyent: “ABŞ-ın 5 universitetindən qəbul dəvəti almışam”

FACEBOOK