https://www.zirve.edu.az/
23.01.2020 12:13
Elmi təşkilat və müəssisələrin statistikası
Çap et

Dövlət Statistika Komitəsinin 2019-cu ilin yanvar-dekabr ayları üzrə statistik hesabatında elmi sahəyə aid rəqəmlər açıqlanıb. Məlumatda əks olunub ki,  2020-ci ilin əvvəlinə qədər olan məlumata görə  ölkəmizdə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 133 elmi təşkilat və müəssisə fəaliyyət göstərir. Bu elm ocaqlarında elmi-tədqiqat və işləmələrlə 20,2 mindən artıq mütəxəssis məşğul olur, onların da 71,4 faizi tədqiqatçılardır.

Mütəxəssislərin elmi dərəcələrinə gəlincə, 37,4 faizinin elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi var. Elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 7 min nəfər elmi pedaqoji işçi tədqiqat və işləmələri yerinə yetirir. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Hazırda Milli Elmlər Akademiyasının 68 həqiqi və 105 müxbir üzvü var.