Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-21 09:30:00
Direktor namizədlərə çox verilən sual: Məktəbin əmr kitabı

AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır.

Direktorların işə qəbul  imtahanında iştirak edən namizədlərə ən çox verilən suallardan biri də məktəb sənədlərinin hazırlanması, məktəb üzrə əmr kitabı barədədir.

AzEdu.az məlumat verir ki, bu məsələlər “Məktəb sənədlərinin aparılması və saxlanması barədə təlimat”da qeyd olunub.

Təlimata əsasən üç nəfərdən az işçisi olmayan məktəblərdə əmr kitabı aparılır. Həmin kitabda aşağıdakılar rəsmiləşdirlir:

Təlim-tərbiyə prosesinin məsələləri üzrə göstəriş və sərəncamlar, Azərbaycan Respublikasının Qanunları və Təhsil Nazirliyinin sisteminin ümumtəhsil məktəbləri işçiləri üçün daxili əmək intizamı qaydalarına uyğun olaraq müəllimlərin və məktəbin digər işçilərinin işə qəbulu və azad olunması, onların məzuniyyətə çıxması, ezamiyyətə, ixtisasartırma kurslarına göndərilməsi, dərs ilinin əvvəlində şagirdlərin siniflər üzrə sayca tərkibi, şagirdlərin məktəbə qəbul edilməsi (yeni qəbul edilənləin adlı siyahısı) və getməsi, dərs saatlarının, sinif rəhbərliyinin müəllimlər arasında bölgüsü, fənn kabinetlərinin tapşırılması, həvəsləndirmə və tənbehlər.

Məktəb üzrə əmrdə pedaqoji şuranın şagirdlərin imtahana buraxılması, IX və XI sinifləri bitirməsi və s. qərarları rəsmiləşdirilir. Bu vaxt şagirdlərin siyahısı (siniflər üzrə yuxarı sinfə keçirilənlər və ya məktəbi bitirənlər və s.) pedaqoji şuranın protokoluna yazılır, əmrdə isə ümumi nəticələr göstərlir.

Əmr kitabı səhifə-səhifə nömrələnir, qaytanlanır, direktorun imzası, məktəbin möhürü ilə təsdiq edilir.

Məktəb üzrə vahid əmr kitabı aparılır və o daimi saxlanılır.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları