![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_417315324_915.jpg)
Məlum olduğu kimi, Nazirlər Kabineti ali təhsil müəssisələrinə və AMEA-ya magistratura səviyyəsi üzrə qəbul qaydalarında dəyişiklik edib.
Dəyişikliyə əsasən qəbul imtahanı bir pilləli keçiriləcək, yəni namizədlər ixtisas imtahanından azaddırlar.
Xatırlamaq zəruridir ki, qəbul olunan qərar çox vacib aktuallığına görə fərqləndirilməlidir. Bir çox ölkələrdə magistratura səviyyəsinə bu cür qəbul şərtləri artıq uzun müddətdir ki, tətbiq olunur. Səmərəsini isə həmin ölkələrin təhsil və elminin yüksək inkişafına nəzər yetirdikdə həmən anlamaq olar.
Bəs ümumilikdə bu dəyişiklərin başqa nə kimi perspektivləri, səmərəsi var?
Mövzu ilə bağlı AzEdu.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov dəyişiklərə öz münasibətini bildirib.
“İmtahanın bir mərhələli keçirilməsi ilə bağlı qərar çox lazımlı idi. Fikrimcə magistraturaya qəbul imtahanı tamamilə ləğv edilməlidir. Magistraturaya tələbə qəbulu universitetlərin, fakültələrin elmi şurasının qərarı ilə müəyyənləşsə, daha yaxşı olar. Yəni, fakültə universitetə layiqli tələbənin təhsilini davam etdirməsilə bağlı hər hansı arayışla müraciət etməli, tələbəyə şərait yaradılmalıdır. Gəncləri bir neçə mərhələli imtahanla əziyyətə salmağın heç bir əhəmiyyəti yoxdur”.
O həmçinin magistratura təhsilinin mahiyyəti haqqında danışıb.
“Əslində magistratura təhsilinin fəlsəfəsi var. Əvvəllər 5 il tam ali təhsil hesab olunurdu. Sonradan 4 il bakalavr, 2 il də magistratura təhsilinə ayrıldı. Burada yaxşı cəhət odur ki, məsələn, bakalavrda fizika üzrə oxumuş tələbə öz arzusu ilə riyaziyyat ixtisası üzrə də magistr təhsili ala bilər. Yəni, o hiss edir ki, ondan yaxşı riyaziyyatçı olar, kiminsə tələbi olmadan öz arzusunu reallaşdıra bilir. Yaxud biologiya fakültəsində oxuyan kimya, kimyanı bitirən geologiya və s. müxtəlif ixtisaslar üzrə tələbənin magistr təhsili alması mümkün olmalıdır. Bu keçidlərə heç bir əngəl yaratmaq lazım deyil”.
“Əlbəttə, əvvəlki illərin magistraturaya qəbul imtahanları ilə müqayisədə bu il yeni dəyişiklikərlə müəyyən sadələşdirmə edildi. Amma yene də asanlaşdırmaq lazımdır”-deyə Şura sədri Ş.Əsgərov sözlərinə əlavə edib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)