Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-16 15:20:00
 Universitetlərə sınaq imtahanlarının keçirilmə vaxtı –Düz 1 aydan sonra

  Dövlət İmtahan Mərkəzi  ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsi üzrə sınaq imtahanlarının vaxtını açıqlayıb.

AzEdu.az  xəbər verir ki, builki fevralın 16-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanı (I-IV ixtisas qrupları üzrə, II mərhələ) keçiriləcək.

 "Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə elan olunur. Digər imtahanların da qrafiki müəyyən olunduqdan sonra KİV-də məlumat veriləcək və Mərkəzin saytının “təqvim” bölməsinə əlavə ediləcək. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik", -DİM-dən bildirilib.