Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-16 15:27:00
Kolleclərə qəbul imtahanının vaxtı açıqlandı

Dövlət İmtahan Mərkəzi  ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün sınaq  və  orta ixtisas təhsili müəssisələrinə ümumi tələbə qəbulu imtahanının vaxtını açıqlayıb.

AzEdu.az xəbər verir ki,   ali təhsil müəssisələrinə sınaq  imtahanı  I – IV ixtisas qrupları, 2-ci mərhələ  üzrə fevralın 16-sı keçiriləcək.

Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbul  və  cari ilin məzunları üçün əlavə xarici dil imtahanı üzrə  29 mart tarixində imtahan baş tutacaq.  

Qeyd edək ki, orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan dili və ya rus dili imtahanı (I mərhələ)  da  29 mart  tarixində keçiriləcək.