Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-15 10:48:00
Magistraturaya qəbul zamanı bakalavrın ümumi orta göstəricisi nəzərə alınacaq?-CAVAB

Məlum olduğu kimi magistratura qəbul imtahanı bir mərhələli təşkil olunacaq. Magistraturaya qəbul bakalavrın bir mərhələli qəbul imtahanından topladığı bal əsasında aparılacaq. Yəni bakalavr müsabiqədə imtahandan topladığı bal əsasında iştirak edəcək.

Bəs magistraturaya qəbul zamanı bakalavrın ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınacaq?

DİM-dən AzEdu.az-a verilən məlumata görə  ümumi orta müvəffəqiyyət göstəricisindən (ÜOMG) i müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox bakalavrı fərqləndirmək üçün əlavə göstəricilərdən biri kimi istifadə edilir.

 Qeyd edək ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmaları və jurnalistika üzrə magistratura ixtisaslaşmalarından başqa qalan bütün ixtisaslaşmalara qəbul imtahanı bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulub.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı (məntiq, informatika, xarici dil) nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar isə qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisas seçiminə buraxılacaqlar.