https://www.zirve.edu.az/
14.01.2020 14:25
 İctimai şuranın üzvləri  imtahanların gedişini izləyiblər

İctimai şuranın üzvləri  imtahanların gedişini izləyiblər.

AzEDu.az xəbər verir ki, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədovun rəhbərlik  etdiyi İctimai  şuranın üzvlərinin bir qrupu –Lənkəran şəhər təhsil şöbəsinin müdiri Aslan İbrahimov,N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov   Lənkəran Dövlət Universitetində (LDU) 2019-2020-ci tədris ilinin  payız semestrinin  imtahan sessiyasının  gedişini canlı izləyiblər.Şura üzvləri  LDU-nun bütün tədris korpuslarına baş çəkərək ,imtahan gedən auditoriyalarda tələbələrə öz biliklərini nümayiş etdirmək üçün yaradılan şəraitlə əyani tanış olublar.İctimai şuranın üzvlərinə Operativ Qərargahın və Apellyasiya komissiyalarının fəaliyyəti ilə yaxından  tanış olmaq imkanı yaradılıb.

Eyni zamanda,İctimai şura üzvlərinə Lənkəran Dövlət Universitetinin təhsil həyatı ,burada professor-müəllim -tələbə heyəti üçün yaradılan şərait,son ildə tədrisin modern təşkili ,universitetin yenilənmiş maddi-texniki bazası,yardımçı təsərrüfatı  ilə bağlı  son yeniliklər barədə ətraflı məlumat verilib.

İmtahanların gedişi ilə tanışlıqdan sonra  İctimai şuranın üzvlərini  LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib.Universitet rəsmisi şura üzvlərinin imtahanların gedişi  ilə bağlı təəssüratlarını dinləyib, təklif və rəylərinə münasibət bildirib,LDU-nun təhsil həyatında yaxından iştirak etdiklərinə görə minnətdarlıq edib.Professor Natiq İbrahimov imtahanların tam obyektiv və şəffaf şəkildə keçirilməsi üçün  universitetdə  bütün mümkün tədbirlərin görüləcəyini, LDU-nun  imicinin bundan sonra da qorunacağını deyib.