https://www.zirve.edu.az/
09.01.2020 11:47
Şamaxı Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan  AzEdu.az-a bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3).

Yanvarın 9-dan 11-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə normal səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir. Yanvarın 9-da mənfi qütblülüyə malik CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effekti hesabına Günəş küləyi parametrlərinin nisbətən artması proqnozlaşdırılır. Yanvarın 10 və 11-də isə daha sakit şəraitin meydana gələcəyi gözlənilir.

Proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) davam etsə də fasilələrlə az fəal şərait meydana gələ bilər. Maqnit qasırğasının yaranması ehtimalı yanvarın 9-da 5 faizdən, yanvarın 10 və 11-də isə 1 faizdən aşağı qiymətləndirilir.