Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-07 14:56:00
Qəbul imtahanında iştirak etmək üçün buraxılışda nə qədər bal toplamaq lazımdır? - Cavab

Ötən ildən  etibarən yeni  modelə uyğun olaraq ali təhsil müəssisələrinə qəbul imtahanları iki mərhələdə keçirilir. Abituriyentlər birinci mərhələdə buraxılış, ikinci mərhələdə isə qruplar üzrə müvafiq fənnlərdən imtahan verirlər.

AzEdu.az xəbər verir ki, abituriyentləri maraqlandıran məqamlardan biri də buraxılış imtahanlarından keçid balının olub olmamasıdır.

Sual:  Qəbul imtahanında iştirak etmək  üçün buraxılış imtahında nə qədər bal toplamaq lazımdır?

Cavab: Buraxılış imtahanından topladıqları baldan asılı olmayaraq, abituriyentlər I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə bilirlər. Əvvəlki illərin məzunları isə buraxılış imtahanı formatında keçirilən əlavə qəbul imtahanının nəticəsindən asılı olmayaraq blok fənləri üzrə imtahanda iştirak edə bilərlər.

Qeyd edək ki, buraxılış imtahanlarda abituriyentlər  maksimum 300 bal toplaya bilərlər.

Ayşə MÜSEYİB