Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-07 09:00:00
UNİCEF: Liviyada 115 min uşaq oxumaq imkanından məhrum edilib

Liviyada silahlı toqquşmalara görə 115 min uşaq oxumaq imkanından məhrum edilib.

AzEdu.az  xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNİCEF) bəyanatında deyilir.

"Tripolidə və onun ətrafında zorakılığın eskalasiyası təhsil sistemi üçün əsl faciə olub. Beş məktəb binası tamamilə dağıdılıb. Daha 210 təhsil müəssisəsini bağlamaq lazım gəlib. 115 min uşaq oxumaq imkanından məhrum olunub",- deyə bəyanatda bildirilir.

Bəyanatın müəllifləri qeyd ediblər ki, "bu gün məktəblər zorakılıq və qorxunun hökm sürdüyü məkanlara çevriliblər. Təbii, yaranmış vəziyyətdə valideynlər öz uşaqlarının təhsili haqqında yox, təhlükəsizliyi haqqında düşünürlər”.

Təşkilatda xəbərdarlıq ediblər ki, məktəbə getməyən uşaqlar bir sıra silahlı dəstələrə cəlb olunmaq riski ilə qarşılaşırlar.

"Təhsil müəssisələrinə hücumlar və təhlükəsizliyin olmaması bütovlükdə Tripolidə və şəhər ətrafında - uşaqların həyatı üçün ciddi təhlükədir. Uşaqlar hər gün evdən məktəbə gedrəkən bu təhlükə ilə üzləşirlər", - UNİCEF-də qeyd ediblər.