Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-01 14:50:00
“İctimai qrup” Rəsulzadənin ev-muzeyinin açılması ilə kifayətlənməyəcək – YENİ TƏŞƏBBÜS  

2019-cu ilin sonunda Rəsulzadənin ev-muzeyinin yaradılması ilə bağlı “İctimai qrup” təsis edilib.

 “Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi” təşəbbüsünə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, elm, mədəniyyət, təhsil və mətbuat nümayəndələri, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı birləşdirən diaspora təşkilatları, ictimai birliklər, gənc fəallar da qoşulub.

“Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi” təşəbbüsü üzrə yaradılan İctimai qrupun üzvlərindən biri də tanınmış diplomat, ictimai xadim, M.Ə.Rəsulzadə irsinin naşiri və tədqiqatçısı Ramiz Abutalıbovdur.

 

AzEdu.az xəbər verir ki, Ramiz Abutalıbov Modern.az-a açıqlamasında deyib ki, ev muzeyi açılacağı təqdirdə,  ardınca abidə də qoymaq lazımdır:

“Məhəmməd Əmin Rəsulzadə çox şeylərə layiqdir. Öncə ev muzeyini açaq. Sonra abidə qoymağa çalışaq. Azərbaycançılıq ideyası Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyskidən başlayır. Bunların hamısı xaricdə dünyasını dəyişiblər. Bunların xatirəsini əziz tutmağımız üçün nəsə etməliyik. Digər tərəfdən isə xaricdə dünyasını dəyişən tanınmış azərbaycanlıların qəbirlərinin Azərbaycana gətirilməsinin tərəfdarı deyiləm. Həmin qəbirlər bizim ziyarət yerimiz kimi qalmalıdır”.

 

Ramiz Abutalıbov qeyd edib ki, belə bir təşəbbüsün irəli sürülməsi üçün kollektiv formada bir araya gəlməyimizin heç də mümkünsüz olmadığını nümayiş etdirdi:

“Rəsulzadənin xatirəsini əbədiləşdirmək üçün ev muzeyinin açılması çox yaxşı olardı. Abidə də qoyulması mütləqdir. Ev muzeyinin açılması ideyası çox yaxşıdır. Belə bir təşəbbüsün irəli sürülməsini alqışlayıram. Çünki hər zaman azərbaycanlılar haqqında “tək işləməyi sevirlər”  ideyası formalaşıb. Halbuki elə deyil. Demək ki, kollektiv formada da işlər ortaya qoymaq mümkündür. Məndə elə qədim kitablar var ki, onları muzeyə bağışlamağı düşünürəm”.

 

Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi” təşəbbüsü üzrə yaradılan İctimai qrupun siyahısı:

 

  • Rəis Rəsulzadə - Azərbaycanın Xalq rəssamı, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi
  • Solmaz Rüstəmova-Tohidi - Tarix üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi.
  • Qulu Məhərrəmli – Jurnalist, Filologiya üzrə elmlər doktoru, professor, Əməkdar jurnalist
  • Nəcibə Bağlrzadə - yazıçı-publisist, Rəsulzadələr ailəsinin tədqiqatçısı
  • Nicat Gözəlov – hüquqşünas, “Milli Hüquq evi”nin direktoru
  • Ramiz Abutalıbov – diplomat, ictimai xadim, M.Ə.Rəsulzadə irsinin naşiri və tədqiqatçısı
  • Ömər Eldarov – heykəltəraş, Xalq rəssamı, Akademik, Azərbaycan Rəssamlar Akademiyasının rektoru, M.Ə.Rəsulzadənin heykəlinin müəllifi
  • Ülkər Hüseynova – publisist, naşir, M.Ə.Rəsulzadə irsinin tədqiqatçısı prof. Şirməmməd Hüseynovun həyat yoldaşı
  • Nailə Vəlixanlı – tarixçi-alim, Akademik, Əməkdar elm xadimi, AMEA Milli Tarix muzeyinin direktoru
  • Rafael Hüseynov – ədəbiyyatşünas-alim, Akademik, ictimai xadim, AMEA Nizami adına Ədəbiyyat muzeyinin direktoru
  • Sabir Rüstəmxanlı – Xalq şairi, ictimai xadim
  • Fazil Mustafa – ictimai xadim, hüquq üzrə fəlsəfə doktoru
  • Qənirə Paşayeva – ictimai xadim, fəlsəfə üzrə elmlər doktoru
  • Sabit Bağırov – ictimai xadim, iqtisadçı
  • Nəsiman Yaqublu – tarix üzrə elmlər doktoru, professor
  • İradə Bağırova – tarix üzrə elmlər doktoru, professor
  • Nəsib Nəsibzadə – tarix üzrə elmlər doktoru, professor, Ankara Universiteti
  • Kamil İbrahimov – tarix üzrə elmlər doktoru, professor, Əməkdar mədəniyyət işçisi
  • İsmayıl Musayev – tarix üzrə elmlər doktoru, professor
  • Tufan Axundov – tarix üzrə elmlər doktoru, pofessor
  • Firdovsiyə Əhmədova – tarix üzrə fəlsəfə doktoru, Əməkdar müəllim
  • Fərda Əsədov – tarix üzrə fəlsəfə doktoru, şərqşünas
  • Fərhad Cabbarov – tarix üzrə fəlsəfə doktoru
  • Nigar Gözəlova – tarix üzrə fəlsəfə doktoru
  • Niyazi Mehdi – filosof, ədəbiyyatşünas-tənqidçi, fəlsəfə elmləri doktoru
  • İradə Musayeva – ədəbiyyatşünas-tənqidçi, filologiya üzrə fəlsəfə doktoru
  • Etibar Əliyev – fəlsəfə doktoru, təhsil məsələləri üzrə mütəxəssis
  • Rasim Müzəffərli – fəlsəfə doktoru, dosent, bəstəkar - şair, naşir.
  • Mehman Dəmirli – hüquq elmləri doktoru, professor, Yaxın Doğu və Girnə universitetləri, Girnə, Türkiyə
  • Yavuz Akpınar – Dr., Professor. Ege universiteti, Rəsulzadə irsinin Türkiyə dövrü araşdırıcısı, İzmir, Türkiyə
  • Səbahəddin Şimşir – Dr., Professor. Balıkesir Üniversiteti, Rəsulzadə irsinin araşdırıcısı, Balıkesir, Türkiye.
  • Yeva Mariya Aux – Dr., Professor, Berlin Humbolt Universiteti, Tarix departamenti Azərbaycan tarixi kafedrasının müdiri, Berlin, Almaniya
  • Giorgiy Mamulia – Dr., Professor, Fransa İctimai Tədqiqatlar Ali Məktəbi, M.Ə.Rəsulzadə irsinin Avropada mühacirət dövrü tədqiqatçısı. Paris, Fransa.
  • Turac Atabəki – Dr. Professor, Beynəlxalq Sosial Tarix İnstitutu (Hollandiya) , Rəsulzadə irsinin İran dövrü araşdırıcısı, Amsterdam, Hollandiya.
  • Tohid Məlikzadə - Tarix üzrə Dr., Urmiya Universiteti, Urmiya, İran.
  • Sema Barutcu Özönder – Dr. Professor. Ankara Ankara, Türkiyə.
  • Ramiz Həsənoğlu – Xalq artisti, rejissor, Əməkdar incəsənət xadimi
  • Ramiz Məlik – Xalq Artisti, Şöhrət Ordeni və Dövlət mükafatı laureatı.
  • Vasif Babayev – kino rejissoru, Xalq artisti, Əməkdar İncəsənət xadimi
  • Ağəli İbrahimov – Xalq rəssamı, Əməkdar incəsənət xadimi,
  • Ziyadxan Əliyev – rəssam, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi,
  • Elçin Əliyev – memar, Sənətşünaslıq doktoru, professor.
  • Xuraman Qasımova – Xalq artisti, Professor, Dövlət Mükafatı laureatı
  • Ülviyyə Hacıbəyova – Xalq artisti, Professor, Əməkdar İncəsənət xadimi
  • Fuad Əlizadə – bəstəkar, Sənətşünaslıq doktoru, professor, Van Universiteti.
  • Tahir Tahiroviç – kino rejissoru, “Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri
  • Şahin Musaoğlu – Şair, bəstəkar, həkim
  • Sərdar Fərəcov – bəstəkar, Xalq artisti, Əməkdar İncəsənət xadimi, Üzeyir Hacıbəyovun ev muzeyinin direktoru
  • Kamilə Hüseynova – Nəriman Nərimanovun ev muzeyinin (Bakı) direktoru
  • Nüşabə Babayeva-Vəkilova – filologiya üzrə fəlsəfə doktoru, Səməd Vurğunun ev muzeyinin direktoru
  • Qəmər Seyfəddin qızı – Cəfər Cabbarlı ev muzeyinin direktoru
  • Ülkər Talıbzadə – Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Abdulla Şaiqin ev muzeyinin direktoru
  • Leyla Əliyeva – M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin (keçmiş - M.F.Axundovun ev muzeyi) direktoru, Tbilisi, Gürcüstan
  • Rəna Dəlivəlova – Nəriman Nərimanovun Xatirə Muzeyinin (Tbilisi) kuratoru, Tbilisi, Gürcüstan
  • Sədi Mirseibli – Azərbaycan İstiqlal muzeyinin direktor əvəzi
  • Əli Polad – iş adamı, xeyriyyəçi, naşir, Təbriz, İstanbul
  • Burzu Əliyev – iş adamı, xeyriyyəçi, Kiyev, Ukrayna
  • Fizuli Fərəcov – Texnika elmlər namizədi, “Məhəmməd Əmin Rəsulzadə” Məclisinin sədri - Moskva azərbaycanlıları eyni adlı diaspora təşkilatının rəhbəri, Moskva, Rusiya Federasiyası
  • Fizuli Məmmədov – “Ümumdünya Azərbaycan Mədəniyyəti Fondu” nun və Rusiya Azərbaycanlıları İttifaqının (Rusiyanın 56 regionunu birləşdirən diaspora təşkilatı) prezidenti, Moskva, Rusiya Federasiyası
  • Qalib Ağayev – Moskva vilayəti şəhər və rayonlarında (Ruza, Ximki, Lyubertsı, Serpuxov, Mıtişi) yaşayan azərbaycanlıların Milli Mədəni Muxtariyyət – diaspor təşkilatlarının, Moskva regionu Şaraban Azadlıq təşkilatı (sədr – Ziyəddin Qulubəyli), Moskva regionu Qadınlar birliyi və Rusiya Federasiyası ərazisində azərbaycanlıların 23 regional diaspora təşkilatlarının Birləşmiş Diaspora Təşkilatının Koordinasiya Şurasının təmsilçisi - Moskva, Rusiya Federasiyası.
  • Eldar Tağıyev – Ukrayna Azərbaycanlıları Radasının üzvü, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun ( sədr – Hikmət Cavadov, hüquq elmləri doktoru) koordinasiya Şurasının nümayəndəsi, Dnepr, Ukrayna.
  • Aygül İsayeva – Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru, Tbilisi, Gürcüstan.
  • Arslan İbrahimi – Kaliforniyadakı Azərbaycan diaspora təşkilatının rəhbəri, Kaliforniya, Amerika Birləşmiş Ştatları
  • Elman Mustafazadə - Hollandiyada Azərbaycan diaspora təşkilatının rəhbəri, “Xudafərin.az” saytının baş redaktoru, Amsterdam, Hollandiya.
  • Rahim Telman Sadıqbəyli – Stokholm Azərbaycan Mədəniyyət Mərkəzinin başçısı, İsveç Azərbaycan Federasiyasının Koordinasiya Şurasının təmsilçisi
  • Toğrul Abbasov – Şimali Kipr Türk Respublikasında Azərbaycan İcmasının rəhbəri, Levkoşa, Şimali Kipr Türk Respublikası
  • Selçuk Önal, Tuncer Kirhan – Azərbaycan Kültür Dərnəyi, Ankara, Türkiyə
  • Cihan Özdemir – Dosent-Dr., Yunis İmrə İnstitutunun Bakı filialının direktoru,
  • Cezmi Bayram – "Türk ocaqları” İstanbul şöbəsinin rəhbəri, tarixçi alim, İstanbul, Türkiyə.
  • Akif Aşırlı – “Türk ocaqları" Azərbaycan şöbəsinin rəhbəri, "Şərq" qəzetinin təsisçisi və redaktoru
  • Eldar İsmayılov – “Dədə Qorqud” milli fondunun rəhbəri, "Azərbaycan Dünyası” jurnalının təsisçisi və baş redaktoru,
  • Firudin İbrahimi – "İranlı mühacirlər" İctimai Birliyinin rəhbəri
  • Rafael Gülməmmədli – Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin direktoru
  • Elçin Şıxlı – jurnalist, "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru
  • Arif Əliyev – jurnalist, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, Bakı mətbuat klubunun rəhbəri
  • Vahid Mustafayev – ANS şirkətlər qrupunun prezidenti
  • Seyfulla Mustafayev – ANS şirkətlər qrupunun vitse-prezidenti, tarixçi
  • Mayis Əlizadə - jurnalist-tədqiqatçı, İstanbul, Türkiyə
  • Əhməd Obalı – “Günaz.TV” kanalının rəhbəri, Çikaqo, ABŞ
  • Araz Qurbanov – tədqiqatçı, siyasi şərhçi, publisist
  • Elşad Eyvazlı – jurnalist, “modern.az” saytının rəhbəri, Parlament jurnalistləri birliyinin sədri
  • Müsəllim Həsənov – jurnalist, Əməkdar Mədəniyyət işçisi
  • İlhamiyyə Rza – jurnalist,
  • Aygün Muradxanlı – jurnalist
  • Ramilə Qurbanlı – jurnalist,”Lent.az” saytı.
  • Ənvər Börüsoy- jurnalist-tədqiqatçı
  • Nicat İsmayılov – jurnalist, ednews.net saytı
  • Orxan Yolçiyev – jurnalist, “Vestnik Kavkaza” İnformasiya-Analitik Agentliyi
  • Erkin Məmmədov – hüquqşünas, vəkil
  • Əziz Qənbərov – hüquqşünas, vəkil
  • Səbuhi Axundov – hüquqşünas
  • Nemət Ağalarov – hüquqşünas
  • Orxan Şahbaz – sosioloq-tədqiqatçı
  • Əligül Ağayev – müəllim, “Gənc fəallar” qrupunun koordinatoru
  • Dilqəm Əhməd – gənc araşdırıcı, naşir, Cümhuriyyət dövrünə dair sənədlərin kolleksiyaçı, gənc fəal
  • Elmar Həsənli – tarix müəllimi, maarifçi, gənc fəal
  • Nüsrət Əliyev – “Böyük İpək yolu Gənclər İttifaqı” təşkilatının gənc fəal
  • Gülnar Bəşirova – tarixçi – hüquqşünas, gənc fəal
  • Firuz Əlövsətov – Doğu Akdeniz Universiteti, Azərbaycan Tələbə Cəmiyyətinin sədri,
  • Rafiq Hunaltay – sahibkar, gənc fəal
  • Elşad Əhmədov – rəssam, gənc fəal, Repin adına Sankt-Peterburq Rəssamlıq Akadmiyasının magistrı, Sankt-Peterburq, Rusiya.