https://www.zirve.edu.az/
29.12.2019 12:55
DİM bu  il ilk dəfə yeni bir layihəyə başlayıb- Müəllimlərin NƏZƏRİNƏ
Çap et

“DİM-in metodika və dərsliklərin monitorinqi şöbəsi tərəfindən 2019-cu ildə ilk dəfə yeni bir layihə həyata keçirilib”

AzEdu.az xəbər verir ki, bu barədə sözügedən şöbənin  illik hesabatında qeyd olunub. 

Şöbə tərəfindən yeni bir layihə həyata keçirilib. Müvafiq fənn kurikulumlarının təlim nəticələri nəzərə alınmaqla, ümumtəhsil məktəblərin I-IV sinifləri üçün qiymətləndirmə tapşırıqları kitabçaları hazırlanıb.

Hesabatda bildirilib ki, müəllimlər  kitabçalardakı tapşırıq variantlarından məktəbdaxili qiymətləndirmədə istifadə edilə bilər.  Eyni zamanda şagirdlər müstəqil olaraq tədris prosesində mövzuları necə mənimsədiklərini yoxlaya bilərlər.

Həmçinin  valideynlər də  bu kitabçalar vasitəsilə övladlarının bütövlükdə fənni necə mənimsəmələrini müəyyənləşdirə bilərlər.

Ayşə MÜSEYİB