https://www.zirve.edu.az/
18.12.2019 10:51
Süni intellekt 700 xəbər yazdı  

Mühafizəkarlar üçün tarixi bir qələbə ilə nəticələnən İngiltərə ümumi seçkiləri jurnalistika və texnologiya baxımından da tarixə düşdü.

AzEdu.az xəbər verir ki, İngiltərənin Dövlət Yayım Korporasiyası BBC ümumi seçkilərdə nəticələrin elan edildiyi hər bölgə üçün kompüter tərəfindən hazırlanan bir xəbər dərc etdiyini açıqlayıb. Süni İntellektin İngilis və Uels dilində xəbərləri dərc edilməzdən öncə bir redaktor tərəfindən yoxlanılıb.

Təxminən 700 xəbərdə hansı bölgədə liderin kim olduğu və təxminlərin özünü nə dərəcədə doğrultduğu yer alıb. Əvvəlki dövrlərlə səsvermə dərəcələri də müqayisə edilib.

Layihə rəsmiləri məlumatların çox olması səbəbindən jurnalistlərin bu xəbəri yazmasının mümkün olmadığını vurğulayıb. Mütəxəssislər isə sistemin insanları əvəz etmək üçün deyil, xəbər axınını artırmaq üçün hazırlandığını söyləyib.

Bildirək ki, Sünii İntellekt 2014-cü ildən bəri xüsusilə idman və iqtisadi məlumatların dünyada yayılması üçün istifadə olunur. Tədqiqatçılar süni intellektin şərh edə və ya qiymətləndirə bilmədiyini vurğulayıb. Kompüterin yalnız ədədi məlumatlara görə xəbər yaza biləcəyini iddia edirlər.(TED.az)