https://www.zirve.edu.az/
17.12.2019 19:34
YÖS hazırlığını tam fərqli və effektli  həyata keçirən mərkəz – Müəllimlərin  uğur sirri  
Çap et

 

“Kursumuzda YÖS dərsləri, 3 dəfə mövzu izahı, 2 dəfə etüt dərsləri olmaqla həftədə 5 dəfə peşəkar müəllimlər  tərəfindən interaktiv şəkildə aparılır”.

 Bunu AzEdu.az-a açıqlamasında  MATH Academy” tədris mərkəzinin rəhbəri, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının riyaziyyat müəllimi Umud Babaşov deyib.

Qeyd edək ki,  yeni yaradılan “MATH Academy” tədris mərkəzi  tək Azərbaycanda  deyil, Özbəkistan, İran, Türkiyə və bir çox ölkələrdə fərqli adlarla fəaliyyət göstərir. Əsas sloqanı “Study First Academy”-dür. Mərkəzin fəaliyyəti fərqli ölkələrdə ortaq riyaziyyat tədrisi üzərində qurulub. Xidmətləri  təhsilə yönəlik istiqamətdədir. Əsas ağırlıq isə YÖS,ALES,İELTS və SAT hazırlığı üzrədir.

YÖS (Yabancı Öyrenci Sınavı) Türkiyədə bakalavr təhsili almaq üçün olan imtahandır.ALES akademik səviyyədə magistr təhsili almaq üçün həyata keçirilir. SAT isə həm Azərbaycan, həm də dünyanın başqa ölkələrində təhsil almaq üçündür. O bakalavr və magistra qəbul olunmaq üçün imkan yaradır”.

U.Babaşov həm də mərkəzin başqa bir üstünlüyünü vurğulayıb:

“Keyfiyyətli təhsil verməklə yanaşı biz,  tələbələrimizin dövlət imtahanlarına qeydiyyatını da ödənişsiz şəkildə həyata keçirir və onların Türkiyə universitetlərinə qəbuluna 100% zəmanət veririk”.