Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-10 22:45:00
Tanınmış ekspert AzEdu.az-ın “Kurikulum bələdçisi”ndən yazdı: “Olduqca vacib vəsaitdir”

 

“Ölkənin təhsil sahəsində ən populyar və nüfuzlu saytı olan Azedu.az-ın, BP şirkəti və tərəfdaşlarının maliyyə dəstəyi ilə hazırladığı "Kurikulum bələdçisi: izahlar və tətbiqlər" kitabı tədqiqatçılar, müəllimlər, metodistlər və dərslik müəllifləri üçün olduqca vacib vəsaitdir”.

AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti  Etibar Əliyev özünün şəxsi facebook profilində ötən gün təqdimatı keçirilən “"Kurikulum bələdçisi: izahlar və tətbiqlər"  metodiki vəsaiti haqqındakı qeydlərində deyib.

BP və tərəfdaşlarının maliyyə dəstəyi ilə çap olunan kitabın nəşri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən  tövsiyyə edilib:

“London Universitetinin professoru C. Loutana görə kurikulum- "öyrətmənin bütün situasiya"larını ehtiva edir. Və bunlardan təşkil olunub: kim öyrədir, nəyi öyrədir, kimə öyrədir, necə öyrədir, niyə öyrədir, hansı nəticələr əldə olunur. Qoyulan 6 tələbin hər biri böyük pedaqoji bacarıqlar tələb edir. Bu baxımdan, orta təhsilin nüvəsi sayılan kurikulum haqqında çoxçeşidli ədəbiyyatlara böyük ehtiyac duyulur.

Ölkənin təhsil sahəsində ən populyar və nüfuzlu saytı olan Azedu.az-ın, BP şirkəti və tərəfdaşlarının maliyyə dəstəyi ilə hazırladığı "Kurikulum bələdçisi: izahlar və tətbiqlər" kitabı tədqiqatçılar, müəllimlər, metodistlər və dərslik müəllifləri üçün olduqca vacib vəsaitdir.

Kitab həm də kurikulumla bağlı qaranlıq məqamlara işıq salır. Belə vacib vəsaitin ərsəyə gəlməsində lahiyənin rəhbəri Elşad Eyvazlıya, Elmi redaktor dosent Ənvər Abbasova, ədəbi redaktor Elmin Nuriyə təşəkkürümü bildirirəm.
Kitabın rəyçiləri professor Fərrux Rüstəmov və professor Hikmət Əlizadədir”.

Xatırladaq ki, layihə Bp-nin və tərəfdaşlarının təhsilin inkişafına dəstək vermək və bütün səviyyələrdə yerli bacarıq və səriştələri artırmaq istiqamətində götürdüyü öhdəliyin bir hissəsidir. Layihənin məqsədi müəllim və müəllim vəzifələrinə müraciət etmək istəyən şəxslərin innovativ tədris bacarıqlarını təkmilləşdirməyə  yardım edəcək kurikulum bələdçisi ilə təmin etməkdir.