Azedu.az

BƏƏ kosmonavt qəbulu elan edib – Qadınlar da ərizə verə bilərlər

Maraqlı

Texnologiya

7 Dekabr 2019, 11:26
BƏƏ kosmonavt qəbulu elan edib – Qadınlar da ərizə verə bilərlər

BƏƏ-nin Baş naziri və Dubayın hökmdarı Məhəmməd bin Rəşid kosmosda yeni tapşırığın yerinə yetirilməsi üçün daha bir kosmonavt seçiminin başlandığını elan edib.

Bu barədə o özünün “Twitter” səhifəsində yazıb.

Kosmosda BƏƏ üçün digər bir tapşırığı yerinə yetirmək üçün yeni kosmonavt axtarırıq, istəyi və enerjisi olanlar Məhəmməd bin Rəşidin kosmik mərkəzində yazıla bilərlər. Missiyamız davam edir və biz kosmosun mənimsənilməsi işində yolun başlanğıcındayıq”, - deyə Dubayın hökmdarı yazıb.

Onun sözlərinə əsasən, kosmonavtlar cərgəsinə yazılmaq üçün həm kişilər, həm də qadınlar ərizə verə bilərlər.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox