Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-04 13:46:00
Abituriyent başqa ərazidə imtahan verə bilər?- Rəsmi cavab  

 

Qəbul imtahanlarında abituriyentləri ən çox maraqlandıran suallardan biri də onların hansı ərazilərdə imtahan verməsi ilə bağlıdır.

Bir bölgədə qeydiyyatda olan, amma başqa bölgədə təhsil alan şagird  ali məktəblərə qəbul imtahanını harada verməlidir?

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə  şagird oxuduğu bölgəyə uyğun olaraq keçirilən imtahanda iştirak etməlidir.

Cari ilin məzunları (peşə liseylərinin məzun­ları istisna olmaqla) bitirdikləri təhsil müəs­sisə­sinin yerləşdiyi bölgəyə uyğun şəhərdə imtahan verirlər. Əvvəlki illərin  və peşə lisey­ləri­nin cari il məzunları elektron ərizələrində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsi­qəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verirlər.

Qeyd edək ki, cari ilin məzunu olmayan, təkrar imtahanda iştirak edən şəxslər isə  şəxsiyyət vəsiqəsinə uyğun qeyd olunmuş ünvana uyğun bölgədə keçirilən imtahanlarda iştirak edirlər.