Azedu.az

Məktəblilər BMU-da ekskursiyada

19 Noyabr 2019, 15:59
Məktəblilər BMU-da ekskursiyada

Xaçmaz Hazırlıq Mərkəzində təhsil alan X və XI sinif şagirdləri Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar.

AzEdu.az xəbər verir ki, ekskursiyanın təşkilində əsas məqsəd məktəbliləri universitet həyatı ilə yaxından tanış etmək və  BMU haqqında  məlumatlandırmaq olub.

 BMU-nun Təcrübə şöbəsinin əməkdaşı Ceyhun Vəliyev şagirdlərə ali təhsil ocağında mövcud olan fakültələr və tədris edilən ixtisaslar barədə geniş  məlumat verib.

 Sonra şagirdlər universitetin kitabxanası, İKT mərkəzi, Texnopark, Kimya, Biologiya, Fizika, Mexanika və digər tədris laboratoriyalarında olublar.  Laboratoriyalarda şagirdlərə elmi təcrübələri izləməyə şərait yaradılıb.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox