https://www.zirve.edu.az/
18.11.2019 14:10
Hörümçək toru əsasında yeni biokompozit hazırlanıb
Çap et

Sankt-Peterburq Milli İnformasiya Texnologiyaları, Mexanika və Optika Universitetinin və İsveçin SLU Universitetinin alimlərinin birgə araşdırmaları nəticəsində təbii hörümçək torunun proteinləri və optik aktiv nanohissəciklər əsasında yeni biokompozit hazırlanıb.

AzEdu.az-ın məlumatına görə, materialın əsas üstünlüyü onda təbii ipək lifləri və qeyri-üzvi sintetik hissəciklərin birləşməsinin olmasıdır.

Unikal mexaniki xüsusiyyətlərə malik olan biokompozit yaxın infraqırmızı diapazonda təhrik zamanı optik cavab verə bildiyindən gələcəkdə onu biotibb sahəsində də istifadə etmək mümkün olacaq.