Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-08 12:14:00
Bakı Avrasiya Universitetinin binası bayraqla bəzədildi - Fotolar

Bakı Avrasiya Universitetinin binasının bütün pəncərələrinə bayraqlar asılıb.

AzEdu.az xəbər verir ki, 9 noyabr- Dövlət Bayrağı Gününə həsr edilmiş aksiya gün boyu  davam edəcək.

Universitet rəhbərliyinin və  Nərimanov rayon İcra hakimiyyətinin birgə təşkil etdiyi bu aksiya maraqlı nüanslarla yadda qalıb. Belə ki, tədbirə Bakı Avrasiya Universiteti ilə yanaşı Bakı Avrasiya Kollecinin tələbələri də qatılıb.

Tədbir 2 gün davam edəcək. Tədbir boyu yaddaşlardan silinməyəcək fotosessiyalar təşkil ediləcək.