Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-05 16:28:20
Doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçiriləcək

Doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçiriləcək.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, dekabrın 3-4-də baş tutacaq elmi konfransda gənc tədqiqatçıların təbiət, texnika, sosial-humanitar elmlər, iqtisadiyyat istiqamətləri üzrə məruzələri dinləniləcək. 

Nazirliyin təşkilatçılığı ilə keçirilən konfransın məqsədi doktorant və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlıqlarını stimullaşdırmaqdır.

Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilməsi nəzərdə tutulan doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunacaq.