Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-25 17:50:00
Dini qurumlara üzv olması onların elmi fəaliyyətinə təsir edirmi? - Cavab  

Ölkəmizdə təhsil xarici dövlətlərdə olduğu kimi dünyəvi mahiyyət daşıyır.  Qanunvericiliyin  “Təhsil prosesi və ictimai-siyasi fəaliyyət” maddəsinə əsasən təlim-tərbiyə prosesi pozulmazdır.

Bəs təhsil işçilərinin, eləcə də təhsilalanların ictimai-siyasi, dini qurumlara üzv olması onların elmi fəaliyyətinə təsir edirmi?

Hüquqşünas Əlövsət Allahverdiyev  mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında bildirib ki, hər bir vətəndaşın pedaqoji fəaliyyəti azaddır.

“Siyasi partiyalara qoşulmağın qətiyyən elmə təsiri ola bilməz. Ümumiyyətlə, pedaqoji- elmi fəaliyyət azaddır. Konistusiyaya görə bütün sahələrlə məşğul olan şəxs elmi fəaliyyətlə də məşğul ola bilər. Təhsil müəssisələrində də dini etiqadla bağlı geyimlərə qadağa yoxdur.  İnsanlar hüquqlarına görə bərabərdirlər. Onlara hər hansı bir məhdudiyyət qoyula bilməz. Amma  təhsil müəssisələrində təbliğat xarakterli hallara yol verməmək üçün hər hansı tədbirlər görülə bilər”.

 Qeyd edək ki,  təhsil işçisi  konstitusiya çərçivəsində fəaliyyət göstərən hər hansı partiyanın, habelə digər ictimai-siyasi və ya dini təşkilatın üzvü  ola bilər. Bu üzvlük onun  pedaqoji fəaliyyətinə mane olmamalıdır. Amma təhsil müəssisələrində  siyasi partiya və  ictimai-siyasi təşkilatların mərkəzlərinin yaradılmasına  yol verilmir.

Xatırladaq ki, yetkinlik yaşına çatmayan məktəblilərin siyasi aksiyalara cəlb olunması qadağandır. Digər təhsil işçilərinin ictimai-siyasi fəaliyyəti isə öz iradələrindən asılıdır.

Ayşə Müseyib