Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-23 10:28:51
Akif  Əlizadənin son müsahibəsindən seçmələr: Məmurlarımız elmin inkişafını dəstəkləməlidirlər

Bu gün AMEA prezidenti Akif Əlizadənin vəzifəsindən istefa verəcəyi gözlənilir.

Bəzi məlumatlara görə, 85 yaşlı akademik artıq istefa verib və AMEA-nın bu gün keçiriləcək Ümumi yığıncağında yeni prezidentin seçiləcəyi gözlənilir:

A.Əlizadə  AMEA prezidenti kimi son müsahibəsini  Real TV-də yayımlanan “Profil” proqramında verib.

AzEdu.az iki gün bundan öncə yayımlanan həmin müsahibədən bəzi maraqlı sitatları təqdim edir:

Elmin nüfuzunu qaldırmaq və onu geniş şəkildə təbliğ etmək lazımdır:

AzEdu.az xəbər verir ki,  bu sözləri AMEA prezidenti Akif Əlizadə Real TV-yə müsahibəsi zamanı söyləyib.

 “Elm hər bir cəmiyyətdə ən hörmətli istiqamətlərdən biridir. Bu gün məmurlarımız da elmin inkişafına dəstək verməlidilər.

Mənə çoxlu gənclər müraciət edirlər. Onlarda elmə böyük sevgi olduğunu görürəm. Elmi məhz gənclərimiz inkişaf etdirməlidir. Gənclik olmasa, elmi institutlar formalaşmaz.Bu gün gənclərə elm haqqında məlumatları  düzgün şəkildə çatdırmaq lazımdır.Onları elmə yönəltmək lazımdır.Belə olduqda onlar din yolunu seçməyəcəklər”.

“2019-cu ildə AMEA-nın magistraturasına qəbul olunan 120 tələbədən 70-i humanitar, 50 nəfəri isə texniki ixtisasları seçib”.

O, müsahibəsində həm də  texniki fənlərə həvəsin azalmadığını və gənclərin bir çoxunun bu istiqamətdə təhsil aldığını qeyd edib.

“XXI əsr informasiya əsridir.Belə bir dövrdə insanlar informasiyadan yan keçə bilməzlər. Düşünürəm ki, fizika, riyaziyyat və digər texniki elmlər tələbələrdə maraq doğurur.Texniki fənlərin gələcəyi var.Tələbələrin çoxu özlərini bu sahədə sınamalıdırlar.Yeni yaranan və yaranmaqda olan texnologiyaların inkişafında tələbələrimizin də tövhəsi olmalıdır.Mən deməzdim ki, humanitar və ictimai elmləri gözardı edək, onları paralel şəkildə inkişaf etdirmək lazımdır”.

“Azərbaycanlı biznesmenlər elmə investisiyalar qoymalı və onu inkişaf  etdirməlidir”.

O, elmin inkişafında hər şeyi dövlətdən gözləməyin yanlış yol olduğunu söyləyib.

“Azərbaycanın gənc biznesmenləri var. Xaricdə biznes elmə vəsait qoyur. Bu hadisə o zaman baş verir ki, elmi yenilik biznesin özünə xeyir versin və bu onun kommersiya dəyərlərini daha da dərinləşdirsin.Azərbaycan biznesi hələ çox gənc olduğu üçün tam olaraq elmin yanında ola bilmir.

Elmə ayrılan vəsaitlərin 60 faizini dövlət verir.40 faizini isə elm mərkəzləri həyata keçirdiyi layihələrdən qazanmalıdır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları