Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçiriləcək. Ümumi yığıncağın günün ikinci yarısında baş tutacağı bildirilir.
AzEdu.az-ın məlumatına görə, iclasda mətbuatın iştirak edib-etməyəcəyi hələlik dəqiqləşməyib.
Yığıncaqda AMEA-ya yeni prezident seçiləcəyi də gözlənilir.
Qeyd edək ki, AMEA-nın hazırkı prezidenti, akademik Akif Əlizadənin 85 yaşı var. O, 2013-cü ildən bu vəzifəni tutur.