Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-16 09:00:00
Summativ Qiymətləndirmədə iştirak edə bilməyən şagird üçün yeni suallar tərtib edilməlidir? -CAVAB  

 

 Ötən tədris ilində qiymətləndirmə qaydalarına edilən dəyişiklərdən sonra bu mövzu xeyli aktuallaşdı. Artıq yeni tədris ilinin başlanması müəllimlər üçün summativ qiymətləndirmə məsələlərini gündəmə gətirib.

Müəllimləri maraqlandıran məqamlardan biri də summativ qiymətləndirmə keçirilən gün dərsdə iştirak etməyən şagirdlərlə bağlıdır.

Müəllimin summativ qiymətləndirmədə iştirak edə bilməyən şagird üçün yeni suallar tərtib etməsi mütləqdir?

Qaydalara görə, kiçik summativ qiymətləndirmənin keçirildiyi gün dərsdə iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısındakı xana diaqonalla 2 yerə ayrılır və onun surətində “q” yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə növbəti 2 həftə ərzində kiçik summativ qiymətləndirmə aparır və onun nəticəsini məxrəcdə qeyd edir.

Məktəbli I yarımildə böyük summativ qiymətləndirmədə iştirak etmədikdə, bir ay müddətində onun BSQ-də iştirakı təmin edilir. II yarımildə üzrlü səbəbdən BSQ-də iştirak etmədikdə isə yarımillik qiyməti çıxarılarkən I BSQ-də aldığı qiymət həm də II BSQ hesab olunur.

Üzrsüz səbəbdən iştirak etmədikdə isə yarımillik qiyməti çıxarılarkən BSQ nəticəsi "0" qəbul edilir.

Müəllim summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni, lakin sinif üçün istifadə olunan tapşırıqlarla eyni səviyyəli qiymətləndirmə vasitələri hazırlamalıdır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları