Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-05 13:00:00
SAT imtahanı təxirə salındı

Yeni imtahan tarixi ilə bağlı əlavə məlumat veriləcəkdir.

AzEdu.az xəbər verir ki, “College Board”- Ali Təhsilə Qəbul Şurası tərəfindən verilən qərara əsasən, ABŞ-ın bir neçə ştatı, Azərbaycan, Belçika, Misir, Honkonq, Hindistan, İrlandiya, Qazaxıstan, Yeni Zelandiya və s. ölkələrdə (tam siyahı ilə buradan tanış ola bilərsiniz) mayın 5-də keçirilməsi nəzərdə tutulan SAT imtahanları təxirə salınıb.

Bu gün keçirilməsi nəzərdə tutulan imtahan başqa bir tarixdə keçiriləcəkdir. Yeni imtahan tarixi ilə bağlı əlavə məlumat veriləcəkdir.