Azedu.az

Maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Maraqlı

Elmi institut və təşkilatlar

24 Sentyabr 2019, 09:48
Maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanası növbəti günlər üçün kosmik hava proqnozunu açıqlayıb.

AzEdu.az-ın məlumatına görə, bildirilib ki, son günlər Günəş aktivliyi çox aşağı səviyyədə olub.

Günəş diskində ləkə olmayıb. Geomaqnit sahə son 24 saat ərzində çox sakit olub.

Kosmik hava proqnozunun növbəti iki gün ərzində çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.

Elektron selinin isə proqnoz dövründə normal səviyyədən orta səviyyəyə qalxacağı proqnozlaşdırılır. Həmçinin, proton selinin proqnoz dövründə fon səviyyələrində davam etməsi ehtimalı var.

Proqnoz dövründə, yəni sentyabrın 24-də geomaqnit sahə üçün ümumən sakit şəraitin hökm sürəcəyi proqnozlaşdırılır. Növbəti gün isə (25 sentyabr) nisbətən fəal şərait müşahidə oluna bilər. Maqnit qasırğasının yaranması ehtimalı 5%-dən aşağı qiymətləndirilir.



Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox