BMT 1981-ci il sentyabrın 21-də dünyanın 192 ölkəsinin səs çoxluğu ilə Beynəlxalq Sülh Gününün qeyd olunması barədə qərar qəbul edib.
AzEdu.az xəbər verir ki, bu münasibətlə sentyabrın 21-də Azərbaycan Milli Kitabxanasında "21 sentyabr - Beynəlxalq Sülh Günü" adlı kitab sərgisi açılıb.
Milli Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, təqdim olunan sərgidə Azərbaycan, rus və digər dillərdə kitab və dövri mətbuat materialları sərgilənir.