Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-04 17:43:00
Hətta bu tipli telekanallar da almanların universitet həyatını korlamır”  – Aqşin Yenisey

“Bizimki istəyir televizor buna Kantdan, "Əxalqi-Nasir"dən dəm vursun, çünki özü araşdırmaq, oxumaq istəmir. Hamı oturub damdakı antena vasitəsi ilə mədəniləşəcəyini gözləyir”.

AzEdu.az  xəbər verir ki, bu sözləri tanınmış şair Aqşin Yenisey şəxsi feysbuk hesabında yazıb. Ölkəmizi Almaniya ilə müqayisə edən yazıçı onların daim araşdırıb oxuduqlarını bildirib:

“Yenə nə düşmüsünüz, bu televiziyaların üstünə?!  Bu gün televiziya ancaq  geridə qalmış xalqlar üçün mədəniyyət faktıdır. Sonradan sənayeləşmiş, mədəni adamı ancaq ekranda görənlər üçün o, hələ də etika-estetika məktəbidir. Almaniya kimi ölkələrdə pornokanallar var, amma bu alman xalqının kitab yazmasına və oxumasına mane olmur, alman gəncliyinin universitet həyatını korlamır. Çünki heç kim mədəniyyəti, etikanı, estetikanı televizordan öyrənmir, gözləmir, hamı yazır, oxuyur, araşdırır”.

O, həm də azərbaycanlı tamaşaçıların geridəqalmış olduğunu vurğulayıb:

“Bizimki istəyir televizor buna Kantdan, "Əxalqi-Nasir"dən dəm vursun, çünki özü araşdırmaq, oxumaq istəmir. Bizdə televiziyalar yox, tamaşaçılar geridəqalmışlardır. Çünki hamı oturub damdakı antena vasitəsi ilə mədəniləşəcəyini gözləyir”.