Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-13 14:00:00
Rusiyada baş verən yanğında həlak olan 11 yaşlı məktəbli İgidliyə görə ordeni ilə təltif edilib

Rusiyanın Xabarovsk əyalətində yerləşən "Xoldomi" çadır düşərgəsində baş verən yanğın zamanı uşaqları xilas edərkən həlak olmuş 11 yaşlı Aleksey Martınenko ölümündən sonra İgidliyə görə ordeni ilə təltif edilib.

AzEdu.az xəbər verir ki, APA-nın Rusiya mətubatına istinadən verdiyi məlumata görə, Rusiya Federasiyası prezidenti Vladimir Putin bu barədə sərəncam imzalayıb. 

Xatırladaq ki, çadır düşərgəsindəki yanğın iyulun 23-ü gecəsi baş verib. Evakuasiya zamanı Martınenko yanan çadırdakı qızları xilas edib. Bu zaman ağır dərəcəli yanıq xəsarəti alıb. 

Yanğın zamanı Martınenko da daxil olmaqla dörd uşaq həlak olub, bir neçəsi ağır xəsarət alıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Aleksey Martınenko 5-ci sinif şagirdi olub.