Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-07 10:04:00
Bu iki ixtisas qrupunda universitetə qəbul olunmamaq ehtimalı çox cüzidir – Rəqəmlər

“58289 abituriyent və subbakalavr ixtisas seçimini təsdiq edib”

AzEdu.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında təhsil üzrə ekspert Elçin Əfəndi deyib. O, elektron ixtisas seçimlərini təsdiq edənlərin statistikasını açıqlayıb:

“Ali məktəblərə ixtisas seçimlərinin təsdiqi başa çatdı. Beləliklə elektron ixtisas seçimlərini təsdiq edənlərin statistikası belədir: I ixtisas qrupu üzrə 15223 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 15101 abituriyent mübarizə aparacaq. Hazırda 17031 nəfər ixtisas seçimini təsdiq edib. Onlardan 15765 nəfəri Azərbaycan, 1266-sı isə rus bölməsinin abituriyent və subbakalavrlarıdır.

II ixtisas qrupu üzrə 14181 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 10166 abituriyent mübarizə aparacaq. Hazırda 14044 nəfəri ixtisas seçimini təsdiq edib. Onlardan 12936 nəfəri Azərbaycan, 1108-i isə rus bölməsinin abituriyent və subbakalavrlarıdır.

III ixtisas qrupu üzrə 11271 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 17465 abituriyent mübarizə aparacaq. Hazırda 18265 nəfəri ixtisas seçimini təsdiq edib. Onlardan 17199 nəfəri Azərbaycan, 1066-i isə rus bölməsinin abituriyent və subbakalavrlarıdır.

Elçin Əfəndi bildirib ki, abituriyentlərlə yanaşı subbakalavrlar da müsabiqədə iştirak etdikləri üçün bəzi ixtisas qruplarında mövcud təsdiq sayı müsabiqəyə buraxılan abituriyent sayından çoxdur:

“IV ixtisas qrupu üzrə 3710 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 4082 abituriyent mübarizə aparacaq. Hazırda 4460 nəfəri ixtisas seçimini təsdiq edib. Onlardan 4184 nəfəri Azərbaycan, 276-i isə rus bölməsinin abituriyent və subbakalavrlarıdır.

V ixtisas qrupu üzrə 3462 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 7000-dən çox abituriyent mübarizə aparacaq. Hazırda 5278 nəfəri ixtisas seçimini təsdiq edib. Onlardan 4730 nəfəri Azərbaycan, 548-i isə rus bölməsinin abituriyent və subbakalavrlarıdır.

Ümumilikdə hər iki bölməz üzrə birgə 58289 nəfər abituriyent və subbakalavr ixtisas seçimini təsdiq edib.

 Abituriyentlərlə yanaşı subbakalavrlar da müsabiqədə iştirak etdikləri üçün bəzi ixtisas qruplarında mövcud təsdiq sayı müsabiqəyə buraxılan abituriyent sayından çoxdur. Bu isə məhz subbakalavrların həmin ixtisas qrupunda daha çox olması deməkdir. Nəticələrin yaxın zamanlarda elan edilməsi nəzərdə tutulur”.

Plan yerlərinin böyük əksəriyyəti tutulacaq”

Universitetlərdə plan yerləri  barədə danışan Ekçin Əfəndi  boş qalan yerlərin  az olacağını bildirib:

“Bu il ali məktəblərə plan yerlərinin böyük əksəriyyəti tutulacaq, boş qalan yerlər az olacaq.

I ixtisas qrupu üzrə 1500, II ixtisas qrupunda 500, III ixtisas qrupunda 7000, IV ixtisas qrupunda 600, V ixtisas qrupunda isə, 200-ə qədər abituriyent ali məktəbə qəbul ola bilməyəcək. 

İxtisas  qruplarında planyerləri  III, IV, II, I, V qrup ardıcıllığı ilə dolacaqVerdiyim heç bir proqnoz məni yanıltmadı.
Ekstrasens deyiləm. Nostradamusla da qohumluğum olmasa da, bu işi dərinliyinə kimi bilirəm”.

QEYD: Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihə çərçivəsində hazırlanıb.