Azedu.az

Daxili Qoşunların Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir

Ali təhsil

Dövlət İmtahan Mərkəzi

27 İyul 2019, 13:59
Daxili Qoşunların Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir.

AzEdu.az xəbər verir ki, müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməmiş 200 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 27, 29, 30 və 31 iyul tarixlərində  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı ş., Binəqədi rayonu, Q.Musabəyov küç.,4) müraciət etməlidirlər.

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox