Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-19 12:45:00
Bu qan qrupundan olan insanlar xərçəng xəstəliyinə tutulmur  

İsveç alimləri xərçənglə ən az üzləşən qan qrupunu təyin ediblər.

AzEdu.az xəbər verir ki, bu barədə saglamolun.az tibbi saytı xarici mənbələrə istinadən məqalə hazırlayıb.

Məqalədə qeyd olunub ki, 1-ci qan qrupu olanlar arasında xərçəng xəstəliklərinə digər qruplarla müqayisədə qat-qat az təsadüf edilir.

Karolina İnstitutu (İsveç) alimləri 35 il (!) ərzində 1 milyondan çox insana nəzarət etdikdən sonra bu nəticələrə gəliblər.

Digər qruplara gəldikdə isə 2-ci qan qrupu olanlarda mədə xərçəngi, 3 və 4-cü qan qruplarında isə mədəaltı vəzi xərçənginə daha çox təsadüf edilir.