2019-2020-ci tədris ilində ali məktəblərdə dövlət sifarişli yerlərin sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a verilən məlumata görə, bu il I-V ixtisas qrupları üzrə ali məktəblərə ayrılan dövlət sifarişli yerlərin sayı 20189-dur.
2018-ci illə müqayisədə dövlət sifarişli yerlərin sayı 7985 və ya 65.43 % artırılıb.
| Qrup | Dövlət sifarişi | |||
| 2018 | 2019 | Fərq | ||
| sayı | %-lə | |||
| I | 5664 | 9351 | 3687 | 65.10 |
| II | 2031 | 3147 | 1116 | 54.95 |
| III | 2175 | 3782 | 1607 | 73.89 |
| IV | 1505 | 2398 | 893 | 59.34 |
| V | 829 | 1511 | 682 | 82.27 |
| CƏMİ | 12204 | 20189 | 7985 | 65.43 |