Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-27 12:31:00
Kitab təbliğatının ən qeyri-adi üsulu - İndi hamı mütaliə edəcək

Braziliyada aparılan araşdırmaya əsasən, ölkədə yaşayan insanların, il ərzində orta hesabla, təxminən iki kitab oxuduğu aydın olub.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu nəticədən məyus olan L & PM mobil kitab nəşriyyatı, əhali arasında kitab oxuma vərdişini artırmaq üçün "Bilet Kitabı" layihəsinə başlayıb.

Bu əl kitabları həm kitab, həm də metro kartı xidməti göstərir. "Bilet Kitablar"ın hər birinin üz qağının altında qatarlara keçid üçün RFID kartları var. Bu bileti olan metro istifadəçiləri kitab və metro kartlarını eyni zamanda üzərlərində daşıyırlar. Beləliklə, kartla yanaşı, yol boyunca zövq ala biləcəkləri kitabları da olur.

Bu maraqlı layihə 23 aprel Dünya Kitab Günündə keçirilib. L & PM nəşriyyat şirkəti Sao Pauloda 10 min pulsuz kitab paylayıb və hər kitaba 10 pulsuz keçid hədiyyə edilib. Bundan əlavə, bu 10 keçiddən sonra bilet-kitablara internet üzərindən yenidən yükləmə oluna bilər. Layihə çox müvəffəqiyyətli olduğu üçün tez bir zamanda Braziliyanın digər şəhərlərində də tətbiq olunmağa başlanyıb.

Bu pocketbooks-larda F. Skott Fitsceraldın “Möhtəşəm  Qatsbi”, Uilyam Şekspirin “Hamlet”, Pablo Nerudanın “Face Love Story” və Sun Tzunun “War Art” kimi əsərləri yer alıb.