https://www.zirve.edu.az/
27.04.2018 12:14
Valideynlər məktəbdə oxuyan uşaqlarını bu cür xilas edirlər

İsveçrəli valideynlər övladlarının sağlam inkişafı üçün nə etdiklərini yaxşı bilirlər. Aparılan araşdırmaya görə, isveçrəli uşaqlar açıq havada oyun oynamağa, televiziya izləmək və kompüterlə təmasdan daha çox vaxt ayırırlar. İnternet asılılığının, uşaqların həyatlarını hər istiqamətdə ələ keçirməsinə icazə verməyən isveçrəli ailələr, gündəlik istirahətlə texnologiya arasında tarazlığı qoruyurlar.

MIKE adlı araşdırmada, İsveçrənin fərqli dildə danışan üç bölgəsindən 6 və 13 yaşları arasında olan 1000 uşağın həyat tərzi müşahidə edilib və 641valideyn arasında sorğu keçirilib.

Araşdırma nəticəsində aydın olub ki, isveçrəli uşaqların 90%-i həftədə ən az bir dəfə açıq havada oyun oynayır, 84% idman edir və 80% isə yoldaşlarıyla görüşür. Onlar internet və mobil telefonlardan istifadə etməyib, adətən, televiziya izləyir və musiqi dinləyirlər. Uşaqlar, adətən, orta məktəbə gedərkən smartfonlar alırlar ki, təkcə bu onların internetdə sərf olunan vaxtların sayını artırır. Araşdırmaya görə, uşaqların yalnız 50 faizinin öz mobil telefonu var.

İsveçrədəki uşaqlar həftədə 5 saat televiziya seyr etdikləri halda, İngiltərədəki uşaqlar üçün bu, 13 saatdır.

İsveçrəli uşaqlar həftədə 3 saat, ingilislər isə həftədə 7 saat kompüter oyunları oynayırlar.

Məktəbləri yaşadıqları ərazidən kənarda tutulan uşaqlar internetdən daha çox istifadə edirlər. Bunun səbəbi isə uzaq olduğu üçün ailələrin daha çox övladları ilə əlaqə yaratmasıdır.

Araşdırmanın nəticələrinə görə, isveçrəli uşaqlar öz vaxtlarını aşağıdakı qaydada keçirirlər:

Ev tapşırıqlarını edirlər
Çöldə oynayırlar
Bağlı sahədə oynayırlar
İdman edirlər
TV izləyirlər
Dostlarla görüşlər
Musiqi dinləyirlər
Valideynləri ilə vaxt keçirirlər
Kitab oxuyular
Şəkil və ya video çəkirlər
İnternetdən istifadə edirlər
Mobil telefondan istifadə edirlər

Mütəxəssislər qeyd edirlər ki, internet bütün həyatımızı əlimizdən aldıqda, mütləq buna məhdudiyyət qoymalıyıq; biz açıq havada, dostlarla gəzməli, kitab oxumağa və ya real həyatda digər fəaliyyətlərə çox vaxt sərf etməliyik. Başqa sözlə, "İsveçrəli valideynlər" olmaq üçün daha çox çalışmalıyıq.