Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-24 17:56:12
Kosmosa niyə ilk dəfə meyvə aparılıb? – 1947-ci ilin qeyri-adi sınağı

II Dünya müharibəsinin sonlarında Amerika Donanması bir sıra Alman V-2 ballistik raketlərini ələ keçirib.

Ələ keçirilən  yüksək texnologiyalı V-2 ballistik raketi  saatda 5.600 km sürətlə hərəkət edir və 320 kilometr məsafədəki hədəfi vura biləcək gücə sahibdir.

ABŞ  hərbi dəniz qüvvələri V-2 ballistik raketlərinin elmi araşdırmalarını aparmağın vacibliyini önə çəkiblər.  

1946-cı ildə Amerika Dəniz Qüvvələri Nyu-Meksikada V-2-lərin iş prosesini  sınaqdan keçirməyə başlayıb. Hələ o vaxtlarda bir gün mütləq kosmosa uçmağın mümkünlüyünü bilirdilər. Amma ilk olaraq,  bəzi texniki suallara cavab verilməli idi. Əvvəlcə elm adamları sınaq mərhələsində kosmik radiasiyaya məruz qalmanın  gələcəkdə astronavtlara zərər verə biləcəyini düşünürdülər.

1946-cı ildən başlayaraq, bu raketlərin bütün potensialını kosmik tədqiqatlarda istifadə etmək istəyiblər. Bu məqsədlə, kosmosa göndəriləcək V-2 raketləri içərisində bir sıra "bioloji toxumların yerləşdirilməsi" təcrübələrinə başlanılıb. Yerləşdirilən ilk toxumlar qarğıdalı, çovdar və digər bitki növlərinin toxumları idi. İlkin sınaqların nəticəsi olaraq, raketlər təxminən 130 kilometr məsafəni qət edə biliblər. Sınaqdan  sonra, donanma üzvləri və alimlər raket və bioloji nümunələr üzərində birgə çalışmağa qərar verdilər.

Beləliklə, birgə fəaliyyət  nəticəsində kosmik səyahət 1947-ci il fevralın 20-də, V-2 meyvə toxumları ilə doldurulduqda və 109 kilometr məsafəyə səyahət etməyə hazır olduqda baş tutub.

NASA-nın məlumatına görə, kosmik liman yerdən 100 km yüksəklikdə yerləşir. Buna görə, V-2 raketləri ilə aparılan eksperimentdə ilk canlılar 109 kilometr məsafəni qət ediblər.

Bəs kosmik səyahət üçün niyə meyvə toxumları seçilib?

Meyvə toxumları genetik baxımdan, Homo Sapiensin genetikası ilə çox oxşardır. Meyvə toxumlarının genezisində insanlarda xəstəliyə səbəb olacaq bütün genlərin təxminən 75% -i aşkar edilib. Bu sınaqda məhz ilk canlı kimi meyvə toxumlarının seçilməsinin səbəbi də bu böyük oxşarlıqdır.