Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-12 10:10:55
Məktəblərdə köçürməyə qarşı süni intellekt istifadə ediləcək

Şagirdlər tərəfindən yazılan məqalə, tapşırıq ya da imtahan kağızlarının idarə edilməsində, süni intellekt texnologiyasından faydalanılacaq.

AzEdu.az xəbər verir ki, bir kompyuterin və ya kompyuterin idarəsi altında olan bir robotun, müxtəlif fəaliyyətləri ağıllı canlılara bənzər formada yerinə yetirmə qabiliyyəti mənasını verən süni intellekt, indiki vaxtda bir çox sahədə olduqca təsirli bir formada istifadə edilir. Son zamanlarda bazara çıxan əksər smartfonlarda istifadə edilən bu texnologiya, eyni zamanda sağlamlıq sahəsində də olduqca gözəl nəticələr doğura bilir. Süni intellekt texnologiyası, gələcəkdə təhsil sahəsində də buna bənzər bir formada rol alacaq.

Kopenhagen Universiteti, tələbələr tərəfindən yazılan məqalə, tapşırıq ya da imtahan kağızlarının özləri tərəfindən yazılıb yazılmadığını 90% nisbətində müəyyən edə bilən 'Ghostwriter' adlı süni intellekt proqramının, yaxın gələcəkdə istifadə edilə biləcəyini eşitdirdi.