Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-31 16:43:57
Jurnalistlər  internat məktəbində - Təhsil Nazirliyinin 1 iyun görüşü - FOTOLAR  

Bu gün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan medaitur təşkil olunub.

Nazirliyin təşkil etdiyi mediatur çərçivəsində  jurnalistlər Mərdəkan qəsəbəsindəki 2 nömrəli ümumi orta internat məktəbində olublar.

Xəzər rayon 230 nömrəli tam orta məktəb və Binə qəsəbəsi 24 nömrəli musiqi məktəbin şagird-müəllim heyəti  də  tədbirdə qonaq qismində çıxış ediblər.

Mediaturda iştirak edən Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin şöbə müdiri Həbib Kərimov  bu kimi görüşlərin valideyn himayəsindən məhrum uşaqlara etdiyi müsbət psixoloji təsirdən danışıb.

Tədbirdə uşaqların ifasında mahnılar oxunub,  rəqs nömrələri göstərilib.

AzEdu.az  mediatur çərçivəsində azyaşlıların yaradıcılıq məharətini özündə əks etdirən fotoları təqdim edir: 

Nəzərinizə çatdıraq ki, 1 iyun 1950-ci ildən BMT Baş Assambleyası tərəfindən dünyanın əksər ölkələrində, həmçinin, AzərbaycandaUşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.