Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-22 12:01:50
Avtobusda “elmi mərkəz” yaradıldı – İçində 50 “laboratoriya” var

Türkiyənin Beşpınar kəndindəki Şehit Gürcan Yavuz İmam orta məktəbinin müəllimi Emre Özəl məktəb üçün nəzərdə tutulan  avtobusdan “səyyar elm mərkəzi”  formalaşdırıb.

Müəllim bu addımı  şagirdlərinə elmi sevdirmək məqsədilə kəndbəkənd gəzmək üçün atdığını bildirib.

AzEdu.az xarici mediaya istinadən məlumat verir ki, əvvəl də çalışdığı məktəbin şagirdləri üçün  müxtəlif layihələr həyata keçirən Özəl  bu dəfə digər kəndlərdəki məktəbliləri də diqqətdə saxlayıb.

O, Türkiyədəki uşaqların bir qisminin kənd yerlərində yaşadığını, elmdən uzaq qaldığını qeyd edib.  Gənc müəllim elmi fəaliyyətləri uşaqların ayağına gətirmək məqsədilə belə addım atdığını vurğulayıb:

“Öz fikrimi əlaqədar şəxslərlə bölüşdüm. Təhsil Nazirliyi də layihəyə razılıq verdikdən sonra işə başladıq. Hazırladığımız avtobusda 50-ə yaxın laboratoriya fəaliyyət göstərir. Avtobus 375 000 lirəyə başa gəlib. Heç bir kənd bu layihədən kənarda qalmayacaq”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları